Fariz Məmmədov rusiyalı ilə döyüşəcək
Bizi izləyin

İdman

Fariz Məmmədov rusiyalı ilə döyüşəcək

Fariz Məmmədov rusiyalı ilə döyüşəcək

Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparan idmançımızın rəqibi Qazaxıstanın Almatı şəhərində təşkil olunan rəsmi püşkatma mərasimində bəlli olub. Məmmədov rusiyalı boksçu Andrey Zamkovoyla görüşəcək.

27 yaşlı rusiyalı 187 sm boya malikdi. 2012-ci ildə keçirilən London Olimpiadasının bürünc mükafatçısı olan Zamkovoy 2009-cü ildə dünya çempionatının gümüş medalını əldə edib. 2010 və 2011-ci illərdə iki dəfə Rusiya çempionu tituluna yiyələnən boksçu bu uğurlarını 69 kq çəki dərəcəsində əldə edib. Boksçu Rusiyanın əməkdar idman ustasıdı.

Məmmədovla Zamkovoy arasında döyüş oktyabrın 24-26-da Bakıda keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm