Şəmkirdə silahlı insident: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə silahlı insident: 1 ölü, 1 yaralı

Şəmkirdə bir nəfərin ölümü və digərinin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

Şəmkir rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində, "Soyuq bulaq" adlanan ərazidə baş verib.

Rayonun Mahmudlu kənd sakini 32 yaşlı Nazim Abbasovla Kür qəsəbə sakini 26 yaşlı Rəşad Məmmədov arasında silahlı insident baş verib. Nəticədə, R.Məmmədov açılan atəşdən dünyasını dəyişib. N.Abbasov isə aldığı güllə yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, hər iki şəxs əvvəllər Rusiya Federasiyasının Rostov vilayətində xırda ticarətlə məşğul olub və ilkin ehtimala görə, həmin vaxt aralarında narazılıq yaşanıb. Həmyerlilər qərib ölkədə yaranan mübahisəyə vətəndə son qoymaq qərarına gəliblər.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm