Poroşenko ABŞ-a səfər edib
Bizi izləyin

Dünya

Poroşenko ABŞ-a səfər edib

Ukrayna prezidenti Pyotr Poroşenko Şimali Amerikada turnesinə davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı Kanadadan sonra ABŞ-a ilk rəsmi səfərini edib.

Ukrayna prezidentinin Vaşinqtonda amerikalı həmkarı Barak Obama, vitse-prezident Cozef Bayden və dövlət katibi Con Kerri ilə görüşü nəzərdə tutubub. P.Poroşenko və B.Obamanın görüşündə Donbas hövzəsində vəziyyətin həlli məsələləri müzakirə ediləcək.

Pyotr Poroşenko ABŞ Konqresinin birgə iclasında və Atlantik Şurasında çıxış edəcək.

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Boneranın sözlərinə görə, Poroşenkoya Konqresdə çıxış etmək hüququnun verilməsi Ukrayna xalqına olan böyük diqqət və hörmətin ifadəsidir.

Ukrayna Pyotr Poroşenkonun prezidentliyi dövründə NATO ilə əməkdaşlığın ən yüksək səviyyəsinə nail ola bilib. O, Ukraynanın ikinci prezidenti olacaq ki, ABŞ Konqresində çıxış edəcək. Bundan əvvəl isə 6 aprel 2005-ci il tarixində Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko Konqresdə çıxış etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm