Kreml “kiber müharibə”yə hazırlaşır
Bizi izləyin

Dünya

Kreml “kiber müharibə”yə hazırlaşır

Rusiya Müdafiə Nazirliyi robot-texnika komplekslərinin yaradılması üçün xüsusi qurum yaradacaq.

Publika.az-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, Rusiya hərbi təyinatlı avtomatlaşdırılan komplekslərin (RTK VN) hazırlanması sahəsində geriliyi aradan qaldırmağa çalışır.

Yaxın vaxtlarda isə bu hədəf üçün Müdafiə Nazirliyinin nəzdində xüsusi qurum yaradılacaq. Sentyabrın 15-dən 17-nə qədər Moskva ətrafı Krasnoarmeysk rayonunda RTK VN üzrə xüsusi hərbi-sənaye konfransı təşkil edilib. Konfransda baş nazir Dmitri Medvedev də iştirak edib.

Geodeziya Elmi-Tədqiqat İnstitutunun sınaq poliqonunda təşkil olunan konfransdan əvvəl robot-texnika komplekslərinin perspektiv nümunələri, o cümlədən pilotsuz uçuc aparatları (BPLA), dəniz və yerüstü robot texnikası, robot-vertolyotlar, üzərində pulemyot quraşdırılan pilotsuz katerlər, sualtı robot-kəşfiyyatçıları və robot-istehkamçıları baş nazirə təqdim olunub. Medvedyevə bildirilib ki, bütün bu nümunələrlə fəxr etmək olar. Baş nazir isə “arzu olunan hər şeyi istehsal etmək lazımdır. Yalnız o halda fəxr etmək mümkün olacaq”, deməklə uğurlara bir qədər ehtiyatla yanaşıb.

Xatırladaq ki, ötən həftə Rusiya Hərbi Sənaye Komissiyasının sədrliyi baş nazir Dmitri Medvedyevin rəhbərlik etdiyi hökumətdən prezident Vladimir Putinə keçib. Moskvanın öz təhlükəsizliyi üçün sərhədlərindəki qeyri-sabitliyə görə narahatçılıq keçirdiyi bir vaxtda NATO Rusiyaya qarşı olan mövqelərini gücləndirir. Ona görə də Putin müdafiə məsələləri ilə məşğul olan şirkət və müəssisələrin effektli işləməsini təmin etmək üçün onları şəxsən öz nəzarətinə götürür. Komissiyanın işində Dmitri Roqozin birinci müavin vəzifəsini daşıyacaq. Müdafiə nazirinin müavini Yuriy Borisov komissiyanın tərkibinə icra katibi kimi daxil ediləcək. Roqozin özünün müdafiə starategiyası məsələlərindəki döyüşkənliyi və Hərbi Sənaye Kompleksinə sadiqliyi ilə tanınır.

Borisov isə az dərəcəli “şahinlərdən” hesab edilir və müdafiə naziri Sergey Şoyquya yaxın adamdır. Komissiyanın tərkibindəki Roqozin və Borisovu təxminən bərabər vəziyyətdə saxlamaqla Putin müdafiə sektorunun hər bir hissəsi üçün balans yaratmaq niyyətindədir. Bu da təsadüfi deyil. Son illər Rusiya Müdafiə Nazirliyi və Hərbi Sənaye Kompleksi arasında ciddi şəkildə “tayfa mübarizəsi” gedir. Keçmiş müdafiə naziri Anatoli Serdyukovun da bu “tayfa mübarizəsi”nin qurbanı olduğu bildirilir.

Bununla belə D.Medvedev Rusiyada innovasiya texnologiyaların inkişafın əsas təşəbbüskarı hesab edilir. Bu baxımdan da hesab edilir ki, avtomatlaşdırılan komplekslərə və qabaqcıl silahlara onun simpatiyası tamamilə başadüşüləndir.

Baş bazirin sözlərinə görə, hələ ki heç nə ilə lovğalanmaq olmaz. “2012-ci ildə dünya sənaye robotları bazarında Rusiyanın payı çox az az idi”, - dünən baş nazir qeyd edib. Hərbi Sənaye Komissiyasının sədr müavini D.Roqozin isə bildirib ki, robot texnikası silahlanma üzrə yeni dövlət proqramında (QPV-2025) əsas istiqamətlərdən biri olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm