Azərbaycanlı biznesmenə qız üstündə hücum etdilər - VİDEO
Bizi izləyin

Dünya

Azərbaycanlı biznesmenə qız üstündə hücum etdilər - VİDEO

Rza Zərrab İstanbul İstinyedən keçən zaman küçədə oturan üç gənc “məhəlləmizdən qız aparmağamı gəldin” deyərək biznesmenin avtomobilinə hücum edib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, iddiaya görə, azərbaycanlı biznesmen Rza Zərrab dünən axşam saatlarında sürücüsünün sürdüyü, görünüşü məhdudlaşdırılmış şüşələri olan lüks avtomobildə üç gəncin hücumuna məruz qalıb.

Qapı açılmadığı üçün hücumlarını daha da artıran gənclər “Nə məsələdi? Bizim məhəllədən qız aparmağa gəlmisən?” deyə qışqıraraq şüşələri yumruqlamağa başlayıblar. Arxa oturacaqda oturan Zərraba əl-qol hərəkətləri edərək bağıran üç nəfər avtomobilin qapısını qırmaq istəyən zaman sürücü qaza basaraq sürətlə hadisə yerindən uzaqlaşıb.

Məsələ ilə əlaqədar Rza Zərrab İstinye Polis İdarəsinə gedib. Tanımadığı üç şəxsin ona hücum etdiyini, avtomobilin şüşəsini yumruqladıqları və qapısını açmağa cəhd etdikləri barədə şikayət ərizəsi yazıb. Zərrab hadisə yerini və hücum edənlərin görünüşünü təsvir etdikdən sonra polislər həmin üç nəfəri yaxalayaraq bölməyə gətiriblər.

Üç gənc ifadələrində avtomobildəki şəxsin Rza Zərrab olduğunu bilmədiklərini, görünüşü məhdudlaşdırılmış şüşələrdən dolayı avtomobilin salonundakı şəxsi görmədiklərini, lüks avtomobillə məhəllədən qız aparmağa gələn biri zənn etdiklərini və yanlış bir anlaşılma olduğunu deyiblər. Həmin üç gənc ifadələri alındıqdan sonra azad edilib. Zərrab onların heç birindən şikayətçi olmayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm