Ekopublika.az
Daha bir rus milyarderi çirkli pulların yuyulmasında günahlandırıldı
Xəbər verildiyi kimi, rusiyalı milyarder, iş adamı Vladimir Yevtuşenkov ev dustağı elan edilib.
Milyarderin həbsi sahib olduğu AFK “Sistema” Şirkətlər qrupunun səhmlərinin Moskva Birjasında dəyərdən düşməsinə gətirib çıxarıb.
Publika.az xəbər verir ki, şirkətin hissələri günün ilk yarısında 33 faiz dəyərdən düşüb. Londonda da 40 faizə yaxın itkiyə uğrayıb.
Enerji və telekommunikasiya sektorunda fəaliyyət göstərən holding Kəşfiyyat Təşkilatı İstintaq Komitəsi tərəfindən çirkli pulların yuyulmasında günahlandırılır. İş adamı isə beş il əvvəl “AFK Sistema”nın tərkibinə daxil etdiyi Rusiyanın Başqırdıstan bölgəsində olan neft ehtiyatlarındakı hissələrlə əlaqədar irəli sürülən bu iddiaları rədd edir.
Onu da qeyd edək ki, Rusiyadakı ən zənginlər siyahısında 15-ci sırada yer alan milyarderin sərvəti 9 milyard dollar səviyyəsində qiymətləndirilir. “AFK Sistema” MTS-in səhmlərinə, “Detskiy mir”, “İnturist”, ”Medsi” xəstəxanalar şəbəkəsinə sahibdir. “Sistema”nın 64 faiz hissəsinə sahib Yevtuşenkovun qarşılaşdığı bənzər ittihamlar bir zamanlar ‘Yukos” iddiasında milyarder Mixail Xodorkovskiyə də yönəldilmişdi. O, 11 il həbs cəzası çəkib.
İqtisadiyyat şöbəsi
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü