FHN MDB ölkələri ilə yeni layihə qəbul etdi
Bizi izləyin

Qırmızı.az

FHN MDB ölkələri ilə yeni layihə qəbul etdi

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini yekunlaşdırıb.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, iclasa sədrlik edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarının layihəsi barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırıb.

İclasın yekun qərarının layihəsi müzakirəyə çıxarılıb, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edilib.

Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur.

Sənəddə iştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iclasın yekun qərarının imzalanması mərasimi keçirilib.

Bununla da MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini başa çatdırıb.

Xatırladaq ki, Təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş 2001-ci il sentyabrın 28-də Moskvada MDB dövlətlərinin hökumət başçıları tərəfindən qəbul edilib. Bu Sazişin həyata keçirilməsi üçün MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurası yaradılıb. Şuranın iclasları hər il Sazişin iştirakçısı olan dövlətlərin birində keçirilir. Sənədə müvafiq olaraq MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası sentyabrın 16-17-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm