Nazim Süleymanovdan çağırış: “12-ci oyunçu olaq”
Bizi izləyin

İdman

Nazim Süleymanovdan çağırış: “12-ci oyunçu olaq”

Nazim Süleymanovdan çağırış: “12-ci oyunçu olaq”

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk görüşünü bu gün “Sent Etyen” klubuna qarşı keçirəcək.

Təcrübəli futbol mütəxəssisi Nazim Süleymanov "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki şanslarını dəyərləndirib. Publika.az-a danışan Süleymanov təmsilçimizin gücünə inandığını dedi və azarkeşləri stadiona dəvət etdi:

"Öncə onu qeyd edim ki, hər kəsin səbirsizliklə gözlədiyi gerçəkləşib. "Qarabağ" Avroliqanın qrup mərhələsindədir. Təmsilçimizin uğur qazanacağına inanıram. İnanıram ki, “Qarabağ” ilk matçdan son matça qədər əzmlə mübarizə aparacaq.

Stadionun ot örtüyü ilə bağlı problem aradan qaldırılıb. Təmsilçimizin heyətində də ciddi itki yoxdur, futbolçular yaxşı formadadır. Bu gün “Qarabağ” Avropa Liqasında Azərbaycanı təmsil edir. Buna görə də hamımız komandanı dəstəkləmliyik.

İnanıram ki, "Qarabağ" "Sent-Etyen"i məğlub etməyə qadirdir. Düzdür, qrupdakı rəqiblər güclüdür. Azarkeşləri stadiona dəvət edirəm. Mən də stadiona gedəcəm. Stadionda 12-ci oyunçu olaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm