Qırmızı.az
Təhlükəli ərzaq məhsullarının kütləvi satışının qarşısı alınıb
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları insan sağlamlığı üçün təhlükə mənbəyi olan vaxtı keçmiş ərzaq məhsullarının kütləvi satışının qarşısını alıb.
İdarədən Publika.az-a verilən məlumata görə, Tərtər və Goranboy rayonunda yaşayan bir qrup vətəndaş Goranboy şəhərindəki topdansatış ərzaq mağazasında uzun müddətdir ki, yararlılıq və istifadə müddəti keçmiş ərzaq məhsullarının satılması barədə Baş İdarəyə ərizə ilə müraciət edib. Baş İdarə əməkdaşları Goranboy rayon sakini 28 yaşlı Arif İsayevə məxsus topdansatış mağazasına baxış keçiriblər. Mağazadan yararlılıq müddəti 2012-ci ildə və 2013-cü ildə bitmiş xeyli sayda ərzaq, şirniyyat və digər qida məhsullarının satılması müəyyən edilib. Mağazanın sahibi Arif İsayev bildirib ki, malların istifadə müddəti bir neçə il əvvəl bitsə də satışdan çıxarmayıb, əksinə mütəmadi olaraq vətəndaşlara satıb.
Topdansatış mağazasının anbarına baxış zamanı isə əlavə olaraq xeyli sayda istifadə müddəti keçmiş ərzaq məhsulları aşkarlanaraq maddi sübut kimi götürülüb. Anbardar vəzifəsində çalışan 39 yaşlı Fuad Məmmədov ifadəsində bildirib ki, mənfəət əldə etmək məqsədi ilə 2-3 il əvvəldən yığılıb qalmış malları gündəlik satışa çıxarıblar.
Faktla bağlı toplanmış materiallar DİN BMCMİ-nin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...