Şabran polisindən gecə əməliyyatı: 6 nəfər saxlandı
Bizi izləyin

Qırmızı.az

Şabran polisindən gecə əməliyyatı: 6 nəfər saxlandı

Sentyabrın 18-i gecə saatlarında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi əməliyyat keçirib.

Axar.az-ın əldə etdiyi məlumata görə, əməliyyat rayonun Söhbətli kəndində yerləşən kafelərin birində olub. Polis əməkdaşları kafedə priton aşkarlayıblar və 6 nəfər saxlanılıb.

Məlumatda deyilir ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi aşkarlanan kafedə çalışan qızları və obyekt sahiblərini polis şöbəsinə aparıblar. Hazırda onlar polisdə saxlanır.

Qeyd edək ki, polis insan alverinə qarşı mübarizə tədbirlərini davam etdirir. Bundan qabaq da Şabranda əxlaqsızlıq yuvası aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm