Əri İŞİD-ə qatıldı, uşaqlarını da Suriyaya qaçırdı – VİDEO
Bizi izləyin

Dünya

Əri İŞİD-ə qatıldı, uşaqlarını da Suriyaya qaçırdı – VİDEO

Keçmiş həyat yoldaşı İŞİD-ə qatılan və özü ilə də uşaqlarını qaçırıb Suriyaya aparan Dəniz Şahin baş verənləri “CNN Türk”ün canlı yayımından danışıb.

Publika.az xəbər verir ki, canlı yayımda qonaq olan Dəniz Şahin keçmiş həyat yoldaşının İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulduğunu və uşaqlarını da qaçırıb Suriyaya apardığını iddia edib. İŞİD-ə qoşulan türklər və Suriya-Antep arasında qurulan magistral yol haqqında şok məlumatlar verən Dəniz Şahin baş nazirə səslənərək kömək istəyib.

Ərim və onun ailəsindən 16 nəfər İŞİD-ə qoşulub

“Ərim və onun ailəsindən 16 nəfərin getdiyini öyrəndim. Üç il əvvəl normal bir adam idi. Amma sonra bir təriqətin üzvü oldu, bacısının vasitəsi ilə məni də daxil etdi. Lakin mən uşaqları məktəbə göndərməyi yasaqladığı üçün çıxdım o təriqətdən. Ərimə də ondan ayrılmaq istədiyimi dedim. Bundan sonra Rakkaya (Suriya – red) getdiyini eşitdim.

Ərimin başını bacısı aldatdı

Uşaqların vəkalətnaməsi məndədir. Mənim ərim normal bir insan idi. Onun başını bacısı aldatdı. Bacısının təsiri nəticəsində tamamilə dəyişmiş bir insan oldu. Uşaqlarımı aparacağını heç düşünməmişdim. Suriyaya giriş-çıxışların da əməlli-başlı normal olduğunu gördüm. Dövlətimiz bu məsələdə nə düşünür axı? Antep sərhəddindən Rakkaya girirlər.

Uşaqlarımın Rakkada olduğunu polis dedi

Uşaqlarımı anamın evindən aparıb. Deyib ki, “biraz gəzdirim, gətirəcəm”. Polis idarəsindən öyrəndim ki, Rakkaya gediblər. Mən əminəm ki, uşaqlarım Rakkadadır. Uşaqlarımı Rakkaya apardıqdan sonra ərim mənimlə bir dəfə də əlaqə saxlamayıb. İki aydır ki, uşaqlarımdan xəbərim yoxdur. Prezident və baş nazirdən kömək istəyirəm.

Feysbuk hesabı açdım, o saat İŞİD-çi türklər yazdılar

Əlim hər yerdən üzülmüşdü. Uşaqlarımla əlaqə saxlamaq üçün İŞİD-çilərlə konkakta girməli idim. Bunun üçün saxta feysbuk hesabı açdım. Heç bir foto belə yerləşdirmədim deşifrə etməmək üçün. Amma qadın adını görən kimi İŞİD-çilər o saat yazdılar, evlənmək təklif etdilər. Hamısı da türkdür. Mən ərəbcə bilmirəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm