“Əfsanələr paytaxtı”nda təntənəli bayram – FOTO
Bizi izləyin

Tabloid.az

“Əfsanələr paytaxtı”nda təntənəli bayram – FOTO

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2014-cü ildə Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron rayonu isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.

Bu barədə Publika.az-a nazirliyin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib.
Təsdiq olunmuş planauyğun olaraq il ərzində "Xalq yaradıcılığı paytaxtları"nda müxtəlif tədbirlər keçiriləcək. Sentyabrın 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda "Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014" layihəsi çərçivəsində təntənəli tədbir keçiriləcək.

Eyni zamanda, rayonda "Gənc şairlər" ədəbi məclisi təşkil olunacaq. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir. Sentyabrın 25-26-da "Folklor paytaxtı" Balakəndə, oktyabrın 3-də isə "Sənətkarlıq paytaxtı" Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda, regionların turizm potensialının tanıdılmasıdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm