Rusiya Ukrayna ordusunda olmayan silahı separatçılara verdi – Şok iddia
Bizi izləyin

Dünya

Rusiya Ukrayna ordusunda olmayan silahı separatçılara verdi – Şok iddia

Rusiya Ukraynanın şərqində “Pantsir” tipli zenit-top raket kompleksləri yerləşdirib.

Publika.az-ın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, bu iddia ilə alman kəşfiyyatı çıxış edib.

Məlumata görə, Almaniyanın BND kəşfiyyat xidməti bu barədə məxfi hesabat təqdim edib. Hesabatda qeyd olunub ki, Rusiya Ukraynanın şərqindəki separatçılara özüyeriyən “Pantsir” tipli zenit raket-top kompleksləri verib. Bunun 25 avqust tarixində baş verdiyi deyilir.

Bundan başqa, hesabatda separatçıların Rusiya ərazisində təlim keçməsi barədə informasiya da yer alıb. Hesabatda vurğulanır ki, hava hücumundan müdafiə üçün istifadə olunan zenit raket-top kompleksləri Ukrayna ordusunun arsenalında yoxdur.

Bu gün isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko bildirib ki, Donbas hövzəsində yerləşdirilən “Pantsir” tipli zenit-top raket komplekslərinin sayı barədə onlarda məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm