"Qarabağ" "Sent-Etyen"lə ev oyununda 1 xalla kifayətləndi
Bizi izləyin

İdman

"Qarabağ" "Sent-Etyen"lə ev oyununda 1 xalla kifayətləndi

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Publika.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da ilk sınağına çıxıb.

Komandamızın ilk rəqibi isə Fransa "Sent-Etyen"i idi. Ağdamlılar bu komandayla ilk oyunu doğma meydanda keçirib. Qarşılaşmanı yüksək səviyyədə keçirməsinə, çoxsaylı qol epizodları yaratmasına baxmayaraq, komandamız rəqib qapısına yol tapa bilməyib. Nəticədə, Qurban Qurbanovun yetirmələri qrup mərhələsindəki ilk oyunundan 1 xalla ayrılmalı olub.

Avropa Liqası
F qrupu

18 sentyabr

Qarabağ - Sent-Etyen 0:0 (0:0)
Sarı vərəqə: J.Klement, 64, M.Qradel, 67.
Hakimlər: Stiven Maklin, Qeyvin Harris, Fransis Konnor, Alasdair Ross.
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Andrey Dallas (Hakimlər Şotlandiyadandı).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 80), 20. Riçard Almeyda, 41. Leroy Corc (99. Namiq Ələsgərov, 70), 70. Çumbinyo (17. Vüqar Nadirov, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Sent-Etyen: 16. Stefan Ruffye, 20. Jonatan Brizon, 23. Pol Baysse, 26. Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne (12. Allan Sent-Maksimin, 50), 10. Renaud Kohade (28. İsmael Diomande, 87), 19. Florentin Poqba, 7. Maks Qradel, 9. Mevlüt Erdinç (18. Fabien Lemoyne, 75), 22. Kevin Monnet-Paket.
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. Françoys Klerk, 32. Jerold Nyemek, 11. Yohan Mollo.
Baş məşqçi: Kristof Qalte.

- See more at: http://futbolinfo.az/xeber/16051/#sthash.tBXnKSzH.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm