Nida.az
Qarabağ münaqişəsi niyə başladı – Vilfrid Furmandan fərqli şərh
Rusiya mətbuatına müsahibəsində Potsdam Universitetinin professoru Vilfrid Furman Qərb-Rusiya qarşıdurmasının Rusiya üçün nəticələrindən danışıb.
Publika.az-ın verdiyi xəbərə görə, professor sanksiyaların Moskva üçün ağır nəticələrinin ola biləcəyini deyib.
O, qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar ölkə daxilində hakimiyyətə təzyiqi artırır.
“Ağır maliyyə sanksiyaların nəticəsi olaraq oliqarxların hakimiyyətə təzyiqi artır. Hansı ki, onların Avropa və ABŞ-ın maliyyə bazarlarına girişi məhdudlaşdırılıb. Onların artan narahatlığı Rusiya dövlətinin siyasi kursuna dəstəyinin azalmasında özünü göstərə bilər”, - Potsdam Universitetinin professoru söyləyib.
V.Furman həmçinin Rusiya əhalisi arasında da narazılığın arta biləcəyini istina etməyib: “Rusiya əhalisinin lazımı səviyyədə təmin olunması dayanacaq. Hansı ki, onlar son on il ərzində buna öyrəşiblər. 1988-ci ili xatırlayın, Moskva Cənubi Qafqazı lazımi səviyyədə təmin etmək vəziyyətində deyildi. Məhz bu iqtisadi amillər ermənilər və azərbaycanlılar arasında köhnəlmiş ziddiyyətlərin aktivləşməsinin katalizatoru oldu. Məhz Moskvadakı maliyyə qəzasına görə Cənubi Qafqazda mərkəzdənqaçma hərəkətləri və münaqişələr başlandı. Rusiyaya qarşı siyasətinin bugünkü hədəfi də budur: Rusiya əhalisinin təminatı sahəsində vəziyyəti pisləşdirmək və stabilliyi pozmaq”.
Ömər Dağlı
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları