Bağırov Üzeyir Hacıbəyova ad günündə nə hədiyyə almışdı?- Gizli Tarix
Bizi izləyin

Qırmızı.az

Bağırov Üzeyir Hacıbəyova ad günündə nə hədiyyə almışdı?- Gizli Tarix

"Akademik İmam Mustafayev öz xatirələrində yazırdı ki, 1945-ci ilin sentyabrında məsuliyyətli işçilər qrupu ilə Zağulbada dövlət bağında Bağırovla görüş keçirildi. Hardasa 4-5 saat çəkən görüşdə birdən Bağırov dedi ki, bu gün Üzeyirin ad günüdür, xəstədir, öz bağındadır. Gedək, onu təbrik edək. Yaxşı bir gül buketi aldıq, bağdakı meyvələrdən səbətə yığdıq, iki maşınla Mərdəkandakı bağa getdik".


Publika.az xəbər verir ki, bu barədə tanınmış tədqiqatçı, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov Mircəfər Bağırovla Üzeyir Hacıbəyovun münasibətlərinə dair araşdırmasında yazır.

Araşdırmada İ. Mustafayevin xatirələrinə istinad olunur. Mustafayev o dövrü belə xatırlayırdı: "Maşınlar qapıda dayandı və həyətə girdik. Həyat yoldaşı Məleykə ilə Üzeyir bəy eyvanda idi. Bizi görüb, ərini çağırdı: "Üzeyir, qonaqların gəldilər". Üzeyir xələtdə həyətə çıxdı və Bağırovu görəndə geri qayıdıb paltarını dəyişmək istədi. Amma Bağırov dərhal ona yaxınlaşdı, əlini sıxıb qucaqladı. Dedi ki, ad gününə gəlmişik, bir çayını içəcəyik, bir az söhbət edib gedəcəyik".

Tədqiqatçı araşdırmasında bildirir ki, Bağırov Üzeyir Hacıbəyovla Stalinin əlaqələrinin qurulmasına da kömək edib.

"Bununla Bağırov Stalinə sübut etmək istəyirdi ki, bu insanın keçmişi Müsavatla bağlı olsa da, sovet quruluşuna düşmən deyil. Sovet aktivistlərinin bəziləri düşünürdü ki, Üzeyir Hacıbəyov ADR-in himnini yazıb, qardaşı Fransada mühacirətdədir. Bağırov onu xilas edə bilməyəcək. Hansı ki, Ceyhun Hacıbəyovun fəaliyyəti Bağırova yaxşı məlum idi.

1934-cü ildə Ü. Hacıbəyov Azərbaycan Konservatoriyasında Azərbaycan musiqisi kafedrasının rəhbəri təyin etdilər. Onda o, "Koroğlu" operası üzərində işləyirdi. Həmin vaxtdan başlayaraq, 1947-ci ilə qədər Ü. Hacıbəyov partiyanın bütün büro iclaslarında iştirak edirdi. Lakin hər şey Bağırovun həbsinə qədər davam etdi", - deyə tədqiqatçı bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm