Nida.az
“Şimal-Cənub” nəqliyyatı təhlükədə: Azərbaycanı qorumaq lazımdır
Yaxın gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin açılışı gözlənilir. Bir tərəfdən, İran-Türkmənistan-Qazaxıstan arasında bağlantı yaradacaq dəhliz, digər tərəfdən, İran-Azərbaycan-Rusiya dəhlizini də yaradacaq.
Publika.az xəbər verir ki, İranın “İras” nəşrinin yazdığına görə,
bu nəqliyyat dəhlizinin reallaşması region üzrə bütün ölkələr üçün
önəmlidir. Lakin nəşr hazırda Azərbaycanın xüsusi əhəmiyyətə malik
olduğunu qeyd edərək, Qərblə Rusiyanın Cənubi Qafqaz üzərindəki
mübarizəsinə diqqət çəkir.
Hansı ki, Ukraynadan sonra potensial münaqişə ocağı ola biləcək bu
region hər iki tərəf üçün əhəmiyyətlidir. Rusiya Kiyevi itirdikdən
sonra Qərbin sərhədlərinə daha da yaxınlaşmaması üçün bütün
vasitələrdən istifadə edəcək. Regionun əsas ürəyi olan Azərbaycanın
balans siyasəti hələ ki vəziyyəti stabil saxlayır. Lakin bu, həmişə
davam edə biləcəkmi? Aqressiv geopolitika hər gün bir daha artır.
Beləliklə, növbəti münaqişələrin tarixi yaxındadır. Belə olacağı
təqdirdə uzun müddət üzərində iş aparılan nəqliyyat dəhlizinin
Azərbaycan variantı təhlükəyə düşür.
Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında
Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan
arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində
bağlanıb.
Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində
nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin
dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri
beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq
daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat
vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması,
razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.
Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil
yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat
infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan
istisna təşkil edir, onun yalnız dəniz marşrutları ilə iştirakı
nəzərdə tutulur.
Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra
razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə minib. Həmin tarixdə
Sankt-Peterburq şəhərində keçirilən Razılaşmaya üzv-ölkələrin
nəqliyyat nazirlərinin görüşündə Koordinasiya Şurasının yaradılması
barədə Protokol imzalanıbdır. Bu dəhlizin Katibliyi Tehran
şəhərində yerləşir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bir çox ölkələrin
marağına səbəb oldu. 2001-ci il 21 dekabr tarixində Azərbaycan
həmin Razılaşmaya qoşulması üçün vermiş rəsmi notaya 2005-ci ildə
müsbət cavab alıbdır.
Bu layihədə Rusiya Federasiyasının Voronej şəhəri ilə İran İslam
Respublikasının Tehran şəhəri və daha sonra Bəndər-Abbas limanı
arasında dəmir yolu əlaqəsinin iki variantı təklif olunur:
1. Xəzər dənizinin qərb sahili və daha sonra Azərbaycan ərazisi
üzərindən;
2. Rusiya Federasiyası ərazisi ilə dəmir yolu, Rusiyanın Xəzər
limanları, xüsusən Həştərxan yaxınlığında inşa edilən Olya
limanından İranın Bəndər-Ənzəli və hazırda genişləndirilən
Əmirabad, Nouşəhər, Bəndər-Abbas limanlarına, oradan isə marşrut
üzrə.
“Şimal-Cənub” dəhlizi ilə daşımaların Azərbaycan ərazisindən
keçməsi variantına digər alternativ marşrut mövcuddur: Mərkəzi
Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçməklə
Türkmənistanın Seraxs şəhərinə, daha sonra İran ərazisi və sonra
marşrut üzrə.
Dəhlizə aid edilən bu marşrutlarda daşımaların həcmi son nəticədə
ən sərfəli texniki, istismar, tarif və digər şərtlərdən asılı
olacaqdır.
İstənilən halda, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçməsi variantı daha cəlbedici görünür. Burada məsafənin qısalığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkə faktoru əsas rol oynayır.
Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilib və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunubdur.
Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən
yük daşıma həcmi birinci üç il ərzində 2 milyon tona qədər, ikinci
mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə isə, yəni birbaşa dəmir
yolu əlaqəsi yaradıldıqdan sonra 15 milyon tona qədər artacağı
gözlənilir ki, bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik
normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi
zəruridir. Bu istiqamətdə 2001-ci ildən başlayaraq, müəyyən işlər
görülüb və hazırda da davam etdirilir.
Lakin bölgədə yaranmış geosiyasi vəziyyət ürəkaçan görünmür.
Ekspertlər yaranmış vəziyyətdən çıxış yolu kimi dəhlizin tezliklə
istifadəyə verilməsini görürlər. Lakin iqtisadi amillərə görə, bu o
qədər də asan görünmür.
Asif Nərimanlı
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib