Yanukoviç öldü? – Şok iddia
Bizi izləyin

Dünya

Yanukoviç öldü? – Şok iddia

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ölüb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenko Kiyevdə keçirdiyi mətbuat konfransında təsadüfən ağzından qaçırıb.

“Donbas komandasının əvəzinə Vinnisa klanı gəldi. Parlamentdə bir prezidentin oğlu var idi, indi də o birisi gəlir. Biz öləni hədəfə alırıq, yeni prezident barədə isə söz deməkdən çəkinirik”, - deyə o bildirib.

Xatırladaq, əvvəllər də internetdə Yanukoviçin “dəfn” edildiyi barədə xəbərlər gedib.

V.Yanukoviç belə informasiyalardan sonra Rostovda mətbuat konfransı keçirərək sağ olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm