Heydər Camal: “İŞİD Qafqaz üçün təhlükədir”
Bizi izləyin

Nida.az

Heydər Camal: “İŞİD Qafqaz üçün təhlükədir”

Rusiyanın İslam Komitəsinin sədri, azərbaycanlı ilahiyyatçı Heydər Camal İŞİD təhlükəsindən danışıb.


Publika.az xəbər verir ki, H. Camal bildirib ki, İŞİD nəinki Yaxın və Orta Şərq üçün, həm də MDB üçün də təhlükədir: “İŞİD-in hədəflərində post-sovet ökələr də var. Hansı ki, bunu özləri gizlətmir. Bilirik ki, bu terror təşkilatının tərkibində MDB-dən olan müsəlmanlar da döyüşür və bu, onları potensial təhlükəyə çevirir. İŞİD təkcə hazırda mənsub olduğu ərazilər üçün deyil, Qafqaz, Rusiya, bütün MDB məkanı üçün də təhlükədir”.


Azərbaycanlı alim İŞİD-ə görə ABŞ-ı da tənqid edib.


“İŞİD kimi terror qruplaşmaları yarananda Amerika susurdu, halbuki, bunun qarşısını o vaxt almaq olardı. Bəzən bu təşkilatı ABŞ-ın yaratdığı haqda iddialar səslənir, amma mən bunu doğru hesab etmirəm. Sadəcə olaraq bu gün İŞİD-ə qarşı koalisiya yaradan Amerika, bunu vaxtında yox edə bilərdi”, -deyə H. Cama bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm