İŞİD-dən qurtulan türk diplomatdan ilk açıqlama - Foto
Bizi izləyin

Dünya

İŞİD-dən qurtulan türk diplomatdan ilk açıqlama - Foto

İŞİD girovluğundan azad edilən Türkiyənin Mosuldakı baş konsulu Yılmaz Öztürk yaşadıqlarını eksklüziv olaraq NTV telekanalında bölüşüb.

Axar.az xəbər verir ki, Öztürk lakonik ifadələrlə hisslərini ifadə edib. “Qəfildən ətrafımızı mühasirəyə aldılar, kameraları partlatdılar. Hücumdan dəqiqə yarım sonra oranı tərk etdik. Hardasa 45-60 saniyə ölümlə üz-üzə qaldıq. Silahı başıma dirədilər və otağımı açmağı tələb etdilər. Ancaq razılaşmadım. Otağımın görüntüsünü çəkmək istədilər“, - deyə türk diplomat bildirib.

Baş konsulun sözlərinə görə, İŞİD üzvlərindən ölüm istəyiblər:

“Onlara dedik ki, qadınlara, uşaqlara və bayrağımıza bir şey olsa, bizi öldürün. O müddətdə dəfələrlə yerlərimiz dəyişdirilirdi. Avtobusların pəncərələrini örtürdülər ki, bayırı görə bilməyək. Bizim tərcüməçimiz var idi və yerimizin dəyişəcəyini söyləyirdi. Hamımızı bir yerdə aparırdılar, 46 nəfər idik. Bizi əsasən işıq olmayan, qapalı yerlərdə saxlayırdılar. Bu vaxt ərzində yanımda bir mobil telefonu vardı və ölkəmizə xəbər vermək lazım idi. Mənə kömək edən bir dostum oldu”.

Öztürk qeyd edib ki, 65 gün eyni yeməyi yeyiblər: “Qida məsələsi az idi. Hamımız çəki itirdik, mən 14 kilo arıqlamışam. Bəzən televizora baxmaq şansımız olurdu. Bəzən də aylarla izləyə bilmirdik. Bu müddətdə başkəsmə videolarını izlədik. Bizim ovqatımızı korlamaq üçün bu səhnələri bizə də göstərirdilər”.

Səfir deyib ki, ümumilikdə onlara təhdid olsa da, işgəncə verilməyib:

“Biz girov düşdüyümüz vaxtda ətrafımızda bombalar partlayır, hücumlar təşkil olunurdu. Sərhədə qədər bilmirdik ki, bizi sərbəst buraxacaqlar. Onların dediyi heç nəyə inanmırdıq. Sərhədə gələndə hörmətli baş nazirimizə xəbər vermək istədim və zəng etdim. Baş nazirimiz telefonu açar-açmaz, “xoş gəldiniz, Öztürk” - dedi. Bizim azad edilməyimizdə əməyi olan hərə kəsə minnətdaram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm