Qırmızı.az
Bu gündən Naxçıvana gedəcək İran vətəndaşları üçün viza rejimi sadələşdirilib
Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (15 gün müddətinə) tətbiq edilməsi haqqında razılıq bu gündən güvvəyə minib. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.
Onun sözlərinə görə, avqustun 6-da Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının nəticələrinə görə bu razılıq əldə olunub.
Vizanın qiyməti 10 avrodur. Viza Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Bu viza İran vətəndaşlarına yalnız Naxçıvana səfər etmək imkanı verəcək, digər Azərbaycan şəhərlərə şamil olunmur, konsul bildirib.
Ümüd edirik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan və İranın sərhədyanı rayonlarında turizmin, ticari münasibətlərin inkişafına kömək edəcək, konsul Molayi əlavə edib.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq