Ağ Evdə sutka ərzində ikinci insident
Bizi izləyin

Dünya

Ağ Evdə sutka ərzində ikinci insident

Ağ Evdə son sutka ərzində növbəti insident yaşanıb.

Axar.az xəbər verir ki, Məxfi Xidmət əməkdaşının tələbinə tabe olmayan sürücü Ağ Evə soxulmaq istəyib. Ancaq son anda quraşdırılmış maneələr sayəsində prezident iqamətgahı ərazisinə daxil ola bilməyib.

RİA Novosti-nin yaydığı məlumatda bildirilir ki, dərhal həbs edilən sürücünün bu hərəkətinin səbəbi açıqlanmayıb. ABŞ prezidenti insident anında Ağ evdə olmayıb.

Xatırladaq ki, sutka ərzində Ağ Evdə mətbuat xidməti əməkdaşlarının, eləcə də binanın Qərb qanadında yerləşən digər insanların təxliyə edilməsi ilə nəticələnən daha bir insident də olmuşdu. Belə ki, naməlum şəxs iqamətgahın hasarından atılaraq binanın içərisinə daxil olmağa cəhd etmişdi. Amerika liderinin özü isə insident zamanı yenə də Ağ Evdə olmamışdı, baş verənlərdən bir qədər əvvəl şəhər ətrafındakı Kemp Devid iqamətgahına yollanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm