İlk iş günü üçün hava proqnozu
Bizi izləyin

Qırmızı.az

İlk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək.

Abşeron yarımadasında temperatur gecə 17-20 dərəcə isti, gündüz 20-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

Aran rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm