Separatçılarla kadırovçuların oğurluq üstündə davası
Bizi izləyin

Dünya

Separatçılarla kadırovçuların oğurluq üstündə davası

Qondarma Donbas Xalq Respublikasından olan separatçılar son zamanlar bu ərazilərdə baş verən oğurluq halları ilə əlaqədar "Çeçen" batalyonu adlanan dəstənin üzvlərini ciddi tənqid ediblər.

Axar.az “Nr2.com.ua” saytına istinadən xəbər verir ki, məsələ ətrafında gərginlik yerli sakinlərin ardıcıl narazılığından sonra meydana gəlib.

Bu arada məsələyə münasibət bildirən terrorçular vurğulayıblar ki, nəzarətləri altında olan ərazilərdə "Çeçen" batalyonu adlanan qeyri-qanuni dəstələr meydana gəlib. Həmin şəxslər də yerli əhaliyə hədə-qorxu gəlir, müxtəlif təzyiqlər göstərir, mal və mülklərini əllərindən alırlar. Separatçılar bildiriblər ki, çeçenlərin törətdiyi soyğunçuluq hallarına onların heç bir aidiyyəti yoxdur. Hətta hər iki cinah son zamanlar fəqləndirici bağlarla yer dəyişir, hərəkət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm