Şotlandiyanın Baş naziri: London öz vədləri ilə tərəfdarlarını aldadıb
Bizi izləyin

Dünya

Şotlandiyanın Baş naziri: London öz vədləri ilə tərəfdarlarını aldadıb

Şotlandiya hökumətinin başçısı Aleks Salmond əmindir ki, regionun müstəqilliyi əleyhinə səs verənlər Londonun Şotlandiya parlamentinə əlavə səlahiyyətlər veriləcəyinə dair vədlərinə aldanıb.

AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, Salmond bunu Sky News telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, müstəqillik əleyhinə səs verənlər Böyük Britaniyanın üç aparıcı siyasi partiyasının liderlərinin – Devid Kemeron (Mühafizəkarlar), Hik Kleqq (Liberal demokratlar) və Ed Milibendin (Leyboristlər) Şotlandiya parlamentinə əlavə səlahiyyətlər veriləcəyinə dair vədlərindən imtina etməsindən inciyiblər. Baş nazir əlavə edib ki, səlahiyyətin verilməsinin qrafiki ilə bağlı Kemeron və Milibend arasında bir sıra fikir ayrılıqları var.

Bununla yanaşı, “Meyl on sandi” həftəliyi sentyabrın 21-də Böyük Britaniyanın Baş naziri Devid Kemeronun müəllif məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Şotlandiya parlamentinə yeni səlahiyyətlər verilməsi haqqında qanun layihəsi gələn ilin yanvarında təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm