Turçinov: “Bu müharibədə ən dəhşətlisi odur ki...”
Bizi izləyin

Dünya

Turçinov: “Bu müharibədə ən dəhşətlisi odur ki...”

“Rusiya Federasiyası hökuməti rus əsgərlərinin müharibədə həlak olduqlarını və Ukraynanın şərqində əsir düşdüklərini utanmaz-utanmaz etiraf etməyəcəklər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ali Radanın spikeri Aleksandr Turçinov çıxış edib.

O, Ukraynanın yenidən əvvəlki vəziyyətinə dönməsinin vacib olduğunu bildirib:

“Ölkəmiz hərbi əməliyyatların mərkəzində yer aldı. Bu müharibəni bizə qarşı güclü və qəddar işğalçı həyata keçirir. Minlərlə insan ölüb, yüzlərlə insan itkin düşüb. Ən dəhşətlisi də odur ki, Rusiya hökuməti dünya və öz xalqı qarşısında əsgərlərinin Ukraynada döyüşdüyünü etiraf etmir. Ukrayna öz ərazisində sülhü yenidən bərpa etməyə borcludur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm