Zərdaba ildırım düşdü - Tövlə yandı
Bizi izləyin

Qırmızı.az

Zərdaba ildırım düşdü - Tövlə yandı

Bu dəqiqələrdə Zərdab rayonunun Qoruqbağı kəndində təbii fəlakət baş verib. Kənd sakini, jurnalist Nicat İntiqamın Teleqraf.com-a verdiyi məlumata görə, bu gün 21:40 radələrində şimşək çaxması nəticəsində rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus həyətyanı sahədə tövləyə ildırım düşüb. İldırım tövlənin yanmasına səbəb olub.

Hazırda kənd sakinləri və Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar. İlkin müdaxilə nəticəsində yanğının fərdi yaşayış evinə keçməsinin qarşısı almaq mümkün olub.

Qeyd edək ki, fərdi təsərrüfat sahəsin sahibi Məhərrəm Məhərrəmov və onun ailəsi hazırda Rusiyada yaşayır. Bu gün Qoruqbağı kəndində toy məclisi də var imiş. Hazırda toy yarımçıq saxlanılıb və kənd sakinləri yanğını söndürməyə çalışırlar.

Ruslan Xəlil
Fotolar Osman Xəlilliyə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm