İŞİD bombardmandan görün necə qorunur - Dəhşət
Bizi izləyin

Dünya

İŞİD bombardmandan görün necə qorunur - Dəhşət

İraqın Təlafər bölgəsində nəzarəti əlində saxlayan İŞİD türkmanlardan "canlı qalxan" kimi istifadə edir.

Axar.az xəbər verir ki, İŞİD hava hücumlarından qorunmaq üçün bölgədəki türkmanların qaçmalarına imkan vermir. Türkman siyasi xadimlər həbsxanaya salınır, bölgədə hər gün yeni qaydalar tətbiq edən İŞİD tərk edilmiş evlərə öz ailə üzlərini yerləşdirir.

İŞİD-dən qaçan Qənim Məhəmməd, xanımı və 6 qızı ilə 12 saat davam edən çətin bir səfərdən sonra Kərkükə gəldiyini, Təlafərdə isə təhlükəsizliyin təmin olunmadığını və İraq ordusu ilə terrorçular arasında qarşıdurmaların davam etdiyini bildirib.

İraq hərbi təyyarələrinin Təlafər üçün həyati əhəmiyyət kəsb edən su anbarı, dövlət xəstəxanası, buğda anbarı və elektrik stansiyalarını vurduğunu qeyd edən Məhəmməd hava bombardmanı səbəbi ilə də uşaqların gecələr yata bilmədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm