Separatçılar ukraynalı əsirlərlə belə davrandılar - Video
Bizi izləyin

Dünya

Separatçılar ukraynalı əsirlərlə belə davrandılar - Video

Sosial şəbəkələrdə separatçıların əsir götürdükləri ukraynalı hərbçiləri ağır şəraitlərdə, bombardıman zamanı uçan evlərin bərpasında müəyyən işlərə təhrik etdikləri anının video-görüntüsü paylaşılıb.

Axar.az İnforesist.org-a istinadən xəbər verir ki, görüntülərin Donbas vilayəti ərazisində çəkildiyi təxmin edilir. Onların avtomat təhdidi ilə ən ağır işlərə təhrik edildiyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə İlovaysk yaxınlığında ciddi məğlubiyyətə uğrayan Ukrayna ordusunun yüzlərlə hərbçisi qarşı tərəfə əsir düşmüşdü. Separatçılar elə həmin vaxt kameralar qarşısında ələ keçirdikləri əsgərlərdən uçan və dağıdılan evlərin, ictimai obyektlərin bərpasında istifadə edəcəklərini vurğulamışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm