Sabirabadda ölümlə nəticələnən yol qəzası olub
Bizi izləyin

Qırmızı.az

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Qaratəpə kəndi ərazisində yol nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Qazel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub və minik avtomobilinin sürücüsü 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm