Paytaxtın küçə və prospektlərində sıxlıqdır
Bizi izləyin

Qırmızı.az

Paytaxtın küçə və prospektlərində sıxlıqdır

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Azadlıq prospekti Binəqədi rayonu istiqamətində və Cəfər Xəndan küçəsinin kəsişməsində sıxlıqdır.

Bundan başqa, Babək və Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzinin qarşısında, M.Müşviq küçəsindən Fövqəladə Hallar Nazirliyinin qarşısına qədər, Q.Qarayev küçəsindən Heydər Əliyev prospekti istiqamətində, Bakı-Sumqayıt şosesindən Avtovağzalın qarşısına qədər şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bundan başqa, Akademik Həsən Əliyev küçəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısı, Koroğlu Rəhimov küçəsi, Prezident İqamətgahına doğru sıxlıqdır.

NİİM-dən verilən məlumata görə, paytaxtın sadalanan küçə və prospektlərində müşahidə olunan sıxlıq səhər saatlarından başlayıb, hələ də müşahidə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm