Bakı metrosunda videokamera oğurladığı üçün tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda videokamera oğurladığı üçün tutuldu

Bakı metrosunda bir həftə əvvəl oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 15-də metronun «Nərimanov» stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.

Metropolitendə Polis Şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm