Mikayıl Cabbarovdan direktorlara tapşırıq
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarovdan direktorlara tapşırıq

2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib. Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb.

Əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq alınıb.


Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

Nazir, eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına da tapşırıq verib.


Bildirilir ki, 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin.


Eyni zamanda, əmrdə dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta balı, işəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilə olduğu təqdirdə, Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilməsi tapşırılıb.


Şagird qəbuluna dair statistik hesabatları bu ilin oktyabrın 15-nə qədər nazirliyə təqdim edilməlidir.


Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm