Keçmiş oliqarx pusquda dayanıb: “Putinlə vuruşmaq maraqlı olardı”
Bizi izləyin

Dünya

Keçmiş oliqarx pusquda dayanıb: “Putinlə vuruşmaq maraqlı olardı”

Rusiyanın YUKOS neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski xarici nəşrlərdə bir sıra əhəmiyyətli bəyanatlar verib. Məsələn, o, bildirib ki, Rusiya prezidenti postuna namizəd ola bilər. Keçmiş oliqarx horizontal şəbəkə strukturunun yaradıldığını elan edib. Bu şəbəkə, ölkənin bütün liberal etiraz güclərini birləşdirə biləcək.

Publika.az-ın verdiyi xəbərə görə, “Nezavisimaya gazeta” qeyd edir ki, keçmiş oliqarx onun hakimiyyətinə son qoymaq üçün Vladimir Putinin səhvini gözləyir.

1997-2004-cü illərdə YUKOS neft şirkətinin sahibi olan oliqarx 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri idi. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilib və YUKOS şirkəti müflis elan edilib. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilib. Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər.

"Beynəlxalq amnistiya” Xodorkovskiyə “vicdan məhbusu” statusu verib. Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən edib.

Qüvvədə olan hökmlərə əsasən, Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi. Ancaq o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə əfv olunaraq azadlığa çıxıb.

M.Xodorkovskinin “Monde” nəşrinə verdiyi müsahibədən də göründüyü kimi, o, prinsip etibarilə Rusiya siyasətçisi statusunu siyasi mühacir status ilə əvəz etməyə hazırdır. Məqsəd isə, təbii ki, Rusiya prezidenti postudur.

“Məndə Rusiya prezidenti olmaq üçün maraq olmazdı, əgər mənim ölkəm normal inkişaf etsəydi. Ancaq ölkə böhrandan çıxarılması, hakimiyyətin yenidən bölüşdürülməsi ilə bağlı konstitusiya islahatları keçirilməlidir. Bu halda isə işin bir hissəsini öz üzərimə götürməyə hazıram", - deyə Rusiya hakimiyyətinin gözündən düşmüş oliqarx söyləyib.

M.Xodorkovski dünən İspaniyanın “El Pais” qəzetinə də müsahibə verib. “Məndə ümid var ki, Putin hər hansı bir səhvi edəcək. Çünki bütün nüfuzlu rejimlər səhv edir”, - deyə keçmiş oliqarx bildirib. Lakin o, əvvəlcədən deyə bilmir ki, bu səhv nə vaxt olacaq, bir-iki il, yaxud da 20 il sonra? Xodorkovski Putinə qarşı düşmənçilik hiss etmədiyini deyib: “Putin mənim üçün opponentdir, hansı ki, onunla vuruşmaq mənim üçün maraqlıdır".

Xodorovski Avropa nəşrlərinə verdiyi müsahibələrdə yalnız Putinin rejimini deyil, Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyaları da tənqid edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm