“Kurtlar Vadisi Pusu”da o aktyoru yenidən görəcəksiniz
Bizi izləyin

Tabloid.az

“Kurtlar Vadisi Pusu”da o aktyoru yenidən görəcəksiniz

Fenomen seriallardan olan “Kurtlar Vadisi Pusu”da bir anda itkin düşən və aqibəti haqqında heç bir məlumat olmayan Tuncay Kantarcı seriala geri qayıdır.

Publika.az xəbər verir ki, yeni mövsümə iddialı girən “Kurtlar Vadisi Pusu” teleserialı izləyicilərinə yeni bir sürpriz etməyə hazırlaşır. Belə ki, “Kurtlar Vadisi” serialının ən çox bəyənilən qəhrəmanlarından biri olan Tuncay Kantarcı “Kurtar Vadisi Pusu”da da oynayıb. Lakin bir müddətdən sonra itkin düşüb və onun haqqında heç bir məlumat verilməyib. Onun taleyi tamaşaçıları tərəfindən uzun müddət maraqlandığı mövzu olub və bu, forumlarda “Tuncay Kantarcı haradadır” başlıqlı müzakirələrə səbəb olub.

“Star” qəzetinin verdiyi məlumata görə, “Pana Film” Tuncay Kantarcı rolunu oynayan Osman Vöberlə yenidən müqavilə imzalamaq mərhələsindədir. Əgər razılıq əldə edilərsə, Tuncay Kantarcı seriala yenidən qayıdacaq.

Xatırladaq ki, “Kurtar Vadisi” serialında Tuncay Kantarcı - Məhmət Qaraxanlının baron olduğu konseydə qaçaqmalçılıq işlərinə nəzarət edirdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm