Nənəsinə verdiyi vədi belə yerinə yetirdi – VİDEO
Bizi izləyin

İdman

Nənəsinə verdiyi vədi belə yerinə yetirdi – VİDEO

Nənəsinə verdiyi vədi belə yerinə yetirdi – VİDEO

İtaliya çempionatının 3-cü turunda “Roma” öz meydanında “Kalyari”ni 2:0 hesabı ilə məğlub etdi.

Publika.az xəbər verir ki, “canavar”ların qələbəsinə töhfə verən Alessandro Florensi qolu nənəsinə həsr edib. Oyunda 2-ci qolu vuran Alessandronun 82 yaşlı nənəsi həyatında ilk dəfə stadiona gəlib.

Nənə stadiona gəlməzdən əvvəl nəvəsinin qarşısında şərt qoyub: “Bu şərtlə gəlirəm ki, qol vuracaqsan”.

Futbolçu nənəsinin bu şərtini qəbul edib. Qol vurandan sonra tribunaya qalxan Alessandro sevincini nənəsi ilə bölüşüb. Bu mənzərəni seyr edən azarkeşlər onları ayaq üstə alqışlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm