Nida.az
MSK: “Mübariz Qurbanlının mandatına aydınlıq gətiriləcək”
Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri təyin olunmuş Mübariz Qurbanlının deputat mandatına aydınlıq gətirəcək.
Bu barədə Publika.az-a açıqlamasında MSK-nın
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, bu məsələ MSK-nın növbəti iclaslarının birində
baxılacaq: “İclasın vaxtı hələ dəqiqləşməyib”.
Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə
əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda
Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında
vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu
müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum
edilməsinə qərar verməlidir.
Xatırladaq ki, M. Qurbanlının parlamentdən getməsi ilə hakim
partiyanın Milli Məclisdəki üzvlərinin sayı 67-yə düşəcək. Bundan
əvvəl Gülər Əhmədova mandatından imtina etmişdi. Daha sonra deputat
Hikmət Atayev avtomobil qəzasında dünyasının dəyişdi.
Ötən ilin dekabr ayında isə dövlət başçısının sərəncamı ilə
hakim partiyanın parlament fraksiyasının rəhbəri Əli Əhmədov baş
nazirin müavini təyin olunmaqla qanunvericiliyə uyğun olaraq
deputat mandatını təhvil verdi.
Asif Nərimanlı
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO