İmişlidə görünməmiş saxtakarlıq
Bizi izləyin

İdman

İmişlidə görünməmiş saxtakarlıq

İmişlidə görünməmiş saxtakarlıq

Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keçirilən “Mil-Muğan” - “Turan-T” klublarının oyununda görünməmiş saxtakarlığın üstü açılıb.

Publika.az xəbər verir ki, İmişli klubu 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli ad və soyadı ilə oynadırmış. Bu məsələnin üstünü Tovuz klubunun prezidenti Namiq Məstənov açıb.

İş ondadı ki, Orxan Məhərrəmli Fərid İbrahimli kimi arxada qalan hər 3 turda meydana çıxıb. Buna görə də, hər üç oyunun – “Mil-Muğan” - “Göyəzən” (6:1), “Rəvan” - “Mil-Muğan” (1:1) və “Mil-Muğan” - “Turan” (1:0) oyunlarının nəticələri ləğv olunacaq. Komandaya hər üç qarşılaşmada 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, “Mil-Muğan” hazırda 3 oyundan 7 xal toplayaraq 1-ci divizionda liderdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm