Qənirə Paşayeva Qaqauz Yerində Qarabağdan danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Qaqauz Yerində Qarabağdan danışıb

Moldova Respublikasına bağlı Qaqauz Yerinin Başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu” İB-nin rəhbəri dos.dr. Qənirə Paşayeva Qaqauz lideri ilə birlikdə ilk öncə mərkəz Komratda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Azərbaycanın ümumumilli lideri Heydər Əliyevin hər zaman Qaqauz Yerinə və Qaqauz türklərinə, üumumən Türk Dünyasına böyük dəstək verdiyini deyən Mixail Formuzal Qaqauz Yerində Heydər Əliyevin çox sevildiyini bildirərək, onun siyasi kursunun Azərbaycan Prezidenti və Qaqauz türklərinin əziz qardaşı və dostu İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmnunluğunu bildirib və Azərbaycana, Azərbaycan Prezidentinə bir daha təşəkkürünü bildirib. Qaqauz Yerində belə bir abidənin ucaldılmasının bu günkü və gələcək nəsillər üçün önəmini özəlliklə vurğulayan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə, ümumən dünya türklüyünə böyük sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib.

Cənab Formuzal Qaqauz Yeri barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq, Azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini deyib. Qaqauz dövlət başçası bütün qurumlar arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirərək, öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib.

Xanım Paşayevanın hər zaman Qaqauz Yeri və Qaqauz türklərinə böyük sevgi ilə yanaşdığını xatırladan M.Formuzal, onun bir könüllü elçi kimi Qaqauz Yeri və Qaqauz türklərinin dünyada daha geniş tanınmasına, tanıdılmasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Bunu özünə bir borc bildiyini deyən millət vəkili Q.Paşayeva Qaqauz liderinə Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, onunla fikir mübadiləsi aparılıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk insanı, ümumən bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

O qeyd edib ki, Qaqauz türklərinin hər zaman azərbaycanlı qardaşlarının yanında olmasını azərbaaycanlılar məmuniyyətlə qarşılayır və bunun hər zaman belə olacağına inanırlar. O Qaqauz Yerində gənc nəsillərə Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgilərin verilməsinin vacibliyini vurğulayıb, səfəri müddətində bir neçə bölgədə bu barədə gənclərlə söhbətlər edəcəyini deyib.

Millət vəkili Q.Paşayeva Qaqauz Yerinin Başqanını Azərbaycanda görməkdən məmnunluq duyulacağını deyib və Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı yazdığı tanıtım kitabını dekabr ayında tamamlayacağını, Qaqauz türkləri üçün önəmli bir tarixi gün olan 23 dekabrda təqdim etməyi düşündüyünü deyib. Xanım Paşayeva cənab Formuzalı məhz həmin təqdimatda da görmək istədiyini deyib.

Kitabın həm Azərbaycan həm də Türkiyə türkcəsində, Azərbaycanda və Türkiyədə nəşr olunacağını deyən xanım millət vəkili, “kitabın Türkiyədə kütləvi trajla nəşr olunmasını istəyən bütün dəyərli qardaşlarımıza da təşəkkürümü bildirirəm” deyib. O əlavə edib ki, Karabük Televiziyasının rəhbəri və tanınmış jurnalist Şükrü Gökkaya ilə birlikdə hazırladıqları və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən dəstəklənən Qaqauz Yeri və Qaqauz türklərinin tarixi, mədəniyyəti, gələnəkləri, həqiqətləri ilə gözəl şəkildə tanıdan sənədli film də dekabrda hazır olacaq, Azərbaycan və Türkiyədə ictimaiyyətə təqdim ediləcək.

Görüşün sonunda millət vəkili Q.Paşayeva M.Formuzala Azərbaycan həqiqətləri ilə, biləvasitə Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə, mədəniyyətimizlə bağlı materiallar, kitablar, filmlər, habelə modelyer Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimini hədiyyə edib. Həmçinin Qaqauz Yeri ilə Azərbaycan arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən M.Formuzala özəl plaket də təqdim edilib.

Qaqauz lideri də Azərbaycanlı millət vəkilinə Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı çoxlu materillar, kitab və filmlər hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm