Xırda təkanlar güclü zəlzələnin xəbərçisidir?
Bizi izləyin

İqtisadi gündəm

Xırda təkanlar güclü zəlzələnin xəbərçisidir?

Son günlər ölkə ərazisində müşahidə olunan zəlzələlər yer daxilində gedən geodinamik proseslərdən xəbər verir.

Bunu Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

“Yer qabığındakı bütün plitələr tektonik bloklara parçalanıb və onların hamısı horizontal, vertikal hərəkətdədir. Bir blok 8-12 mm hərəkət edir, digərinin sürəti daha az olduğundan hərəkət edə bilmir və sıxışdırmağa başlayır. Ani bir anda sıxılma nəticəsində kritik hədd yaranır və parçalanma gedir. Bu da silkələnməyə səbəb olur. Gün ərzində müxtəlif bölgələrdə dəfələrlə zəif təkanlar qeydə alınır. Maqnitudası 3-3.5-dən çox olanlar saytda yerləşdirilir. Gün ərzində 5-10 dəfə maqnitudası zəif olan təkanlar qeydə alınır. Xüsusi aktivlik olanda 20-ə yaxın bu cür təkanlar baş verir.

Q.Yetirmişli onu da bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir, ona görə də bu cür təkanların qeydə alınması normaldır:

“İran, Türkiyə, Yaponiyada xüsusi aktivlik qeydə alınsa da, Azərbaycanda seysmiklik fon səviyyəsindədir. Bu cür xırda təkanlar yaxın zamanda katostrafik zəlzələ ilə bağlı xəbərdarlıqedici əlamət deyil. Geofizikanın müxtəlif sahələrində aparılmış araşdırmalar da fikirlərimizi təsdiq edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm