İŞİD və ABŞ Rusiyaya qarşı necə birləşdi? – Birgə kürd ssenarisi
Bizi izləyin

Digər

İŞİD və ABŞ Rusiyaya qarşı necə birləşdi? – Birgə kürd ssenarisi

“Bütün dost ölkələrə "Suriya müxalifətini dəstəkləyin" çağırışı edilərkən müxalifətə verilən silahların başqalarının əlinə keçməsi ilə bağlı narahatlıq var idi. Amma indi ABŞ-ın İraqda qoyduğu silahlar İŞİD-in əlinə keçdi”.

Bu sözləri bir neçə gün əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu söyləmişdi. Əslində, bu cür və buna yaxın iddialar kifayət qədərdir. İŞİD-in rəhbəri Əbü-Bəkr Bağdadiyə “ABŞ-ın yeni Üsamə bin Ladeni” deyilir, terror təşkilatının məhz ABŞ-ın meyvəsi olduğu deyilir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov İŞİD-in ABŞ tərəfindən məhz Rusiya və ərəb ölkələrini dağıtmaq üçün yaradıldığını bildirdi.

Yaxın Şərqdə onsuz da çox narahat olan vəziyyət “İslam dövləti” (İŞİD) döyüşçülərinin İraqda avqust ayında keçirdiyi ekspansiyası nəticəsində daha da kəskinləşdi. Ölkənin şimalındakı geniş ərazilərdən geri çəkilməli olan İraq hökuməti bundan sonra “İslam dövləti”nə qarşı mübarizə aparmaq üçün beynəlxalq cəmiyyətdən yardım istədi. İraq hökumətinin müraciətindən sonra isə ABŞ aviasiyasının İŞİD mövqelərinə zərbələri başladı. ABŞ prezidenti Barak Obamanın açıqladığı İŞİD-ə qarşı mübarizə strategiyası isə Vaşinqtonun terror təşkilatına qarşı mübarizədə nə dərəcədə qətiyyətli olduğunu nümayiş etdirdi. Strategiya İŞİD mövqelərinə aviasiya zərbələrinin endirilməsi, İraq və Suriyanın mülayim müxalifətinə dəstəyin artırılması və İŞİD-ə maliyyə axınlarının kəsilməsindən ibarətdir.

Artıq, demək olar ki, İŞİD-ə qarşı koalisiya da formalaşdırıb. Bir neçə Qərb ölkəsi ilə yanaşı, Körfəz ölkələrindən bəziləri İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yanında olacaq. Ancaq Obamanın İŞİD strategiyasından əsas məqam olunla bağlıdır ki, hərbi əməliyyatlar İraqla kifayətlənməyəcək. Belə ki, Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, “İslam dövləti”nin yaranmasının əsas səbəbi Suriya dövlət başçısı Bəşər Əsəd olub. Təbii ki, belə bir mövqe Əsədin əsas dəstəkçilərindən olan Rusiyanı narahat etməyə bilməzdi. Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov xəbərdar etdi ki, Qərb estremist qruplaşmanın döyüşçüləri ilə mübarizə bəhanəsi ilə Suriyaya hücüm edə bilər. Elə rəsmi Dəməşqin özü də bu versiyanı istisna etməyib. Suriya ABŞ-ı xəbərdarlıq etməkdən də çəkinməyib. Bildirilib ki, rəsmi Dəməşqin icazəsi olmadan Suriya ərazisinə daxil olan ABŞ hərbi təyyarələri vurulacaq. Obama isə bu xəbərdarlığa cavab olaraq Suriya ordusunun raketdən müdafiə sisteminin məhvinin İŞİD-i məhv etməkdən də asan olacağını, terrorla mübarizədə sərhəd tanımayacaqlarını bildirib.

İŞİD-in arxasında kimin dayandığı da bu günə qədər tam bəlli olmayan böyük bir müəmmadır. İŞİD-in kürd qruplarla indiyə kimi ciddi şəkildə qarşıdurmaya girməməsi, qətliamların daha çox türkman, xristian və yezidilərə qarşı həyata keçirməsi İraqın şimalında müstəqil bir kürd dövlətinin qurulmasına zəmin yaratmaq üçün qurulmuş süni bir təşkilatın olduğu barədə iddiaları gündəmə gətirir. Çünki bölgəsini İŞİD-dən müdafiə etmək məcburiyyətində olan kürd rəhbərliyi artıq müstəqil bir dövlət kimi davranmaqda və Qərb ölkələrindən aldığı yeni silahlarla peşmərgə ordusunu gücləndirməkdədir. Bir müddət əvvəl İsrail də müstəqil kürd dövlətini tanımağa hazır olduğunu bəyan etmişdi.

İŞİD-in son günlər Suriyanın Kobani bölgəsindki kürd kəndlərinə etdiyi hücumlar da terror təşkilatının müəyyən şübhələrə əsas verir. Yuxarıdada da qeyd etdik ki, İŞİD bu vaxta kimi kürdlərlə ciddi qarşıdurmaya getməyib. Terror təşkilatının məhz indiki məqamda kürdlərə qarşı hücumlara başlaması suallar doğurur. Qeyd etdiyimiz kimi rəsmi Dəməşqdən başqa rejiminin bütün vətəndaş müharibəsi ərzində dəstəkçilərindən olan Ruusiya və İran İŞİD bəhanəsi altında Suriyaya koalison qüvvələrinin daxil olmasına xoş baxmayacağını bəyan etdi. Bütün vətəndaş müharibəsi boyu Tehran və Moskvanın bölgədəki maraqlarını nəzərə almalı olan ABŞ təbii ki, indi bu maraqları görməməzlikdən gələ bilməz. Suriyaya girmək üçün ABŞ-a ciddi əsaslar lazım idi. Heç şübhəsiz ki, İŞİD kürd kəndlərinə hücum etməklə bu əsası vermiş oldu. Sual oluna bilər ki, İŞİD nədən indiyə kimi kürdlərlə ciddi qarşıdurmaya getməmiş və yalnız Suriyaya müdaxilə ehtimalının ortaya çıxmasından sonra bunu edir?

ABŞ-a faktiki olaraq “Suriyaya müdaxilə et” mesajı verən İŞİD bununla da Bəşər Əsəd rejiminin sonunu gətirmək istəyir. Aydın məsələdir ki, İraqda kürdlərin səsinə səs verən, silah yardımına başlayan Qərb, o cümlədən ABŞ Suriya kürdlərinə edilən hücumlara reaksiyasız qalmayacaq. Əsədin sonu isə Rusiyanın Yaxın Şərqdəki yeganə qalasından çıxarılması anlamına gəlir. Deməli, İŞİD və ABŞ indiki vəziyyətdə bir-birinə düşmən tərəflər kimi görünsə də, faktiki olaraq Rusiyaya qarşı mübarizədə müttəfiqdirlər.

Belə bir bir qiymətləndirmə apara bilərik ki, İŞİD-in arxasındakı güc hər kim olursa olsun təşkilatın bu vaxta kimi atdığı addımlar ən çox islam dininə zərər verir və bölgəyə mümkün görünən Qərb müdaxilələrinə dünya ictimaiyyətində qanunilik qazandırır. Bu baxımdan İŞİD-in bütün Qərb düşməni görüntüsü arxasında əslində Qərb mərkəzli bəzi strukturlar tərəfindən dəstəklənilə biləcəyi iddiası daha güclü görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm