Rusiyanın 2020-ci il qorxunc nüvə planı
Bizi izləyin

Dünya

Rusiyanın 2020-ci il qorxunc nüvə planı

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

“Rusiya 2020-ci ilə Rusiya strateji nüvə güclərinin silahlandırılmasını tamamilə yeniləyəcək”, - Rusiya baş nazirin müavini deyib. O, xatırladıb ki, 2015-ci ilə ordu və donanma 35 fazi “ultramüasir” silaha keçməlidir. D.Roqozin 2020-ci ildə bu göstəricinin 70 faiz olduğunu qeyd edib.

Xatırladaq ki, ötən həftə Rusiya Hərbi Sənaye Komissiyasının sədrliyi baş nazir Dmitri Medvedyevin rəhbərlik etdiyi hökumətdən prezident Vladimir Putinə keçib. Moskvanın öz təhlükəsizliyi üçün sərhədlərindəki qeyri-sabitliyə görə narahatçılıq keçirdiyi bir vaxtda NATO Rusiyaya qarşı olan mövqelərini gücləndirir. Ona görə də Putin müdafiə məsələləri ilə məşğul olan şirkət və müəssisələrin effektli işləməsini təmin etmək üçün onları şəxsən öz nəzarətinə götürür.

Komissiyanın işində Dmitri Roqozin birinci müavin vəzifəsini daşıyacaq. Roqozin özünün müdafiə starategiyası məsələlərindəki döyüşkənliyi və Hərbi Sənaye Kompleksinə sadiqliyi ilə tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm