Nida.az
Başqanlığa namizədlər debata gedir: “Bu, dedi-qodunun qarşısını alar”
Müsavat başqanlığına namizədlər arasında debat keçirilə bilər.
Publika.az xəbər verir ki, bu təkliflə sıravi müsavatçılar çıxış edib.
“Debat çox nəsnələrə aydınlıq gətirər”
Məsələyə münasibət bildirən başqanlığa namizəd Səxavət Əlisoy bu
təklifi müsbət qiymətləndirib.
“Debat çox nəsnələrə aydınlıq gətirər və sosial şəbəkələrdə
dedi-qodunun qarşısını alar. Təklifə münasibətim müsbətdir”, - deyə
o, Publika.az-a açıqlamasında bildirib.
“Fərqi yoxdur, istər qapalı, istər açıq debata
hazıram”
Başqanlığa digər namizəd Tural Abbaslı
Publika.az-a açıqlamasında bildirib ki, o, istər
qapalı, istər açıq debata hər zaman hazırdır: “Seçki mühitində
debat əsas elementlərdəndir. Bu, seçicilərə seçimlərində kömək
edir. Odur ki, mən debata həmişə açığam. İstər partiya daxilində
qapalı, istərsə də mediada açıq debat olsun. Düzdür, qurultay
partiyanın daxili işidir və buna görə debatın qapalı olması daha
yaxşıdır. Amma mənim üçün fərqi yoxdur, istər qapalı, istər açıq
debata hazıram”.
Arif Hacılı ilə Qubad İbadoğlu susur
Qeyd edək ki, məsələ ilə bağlı digər iki namizəd - Arif Hacılı və
Qubad İbadoğlu mövqeyini açıqlamayıb.
Sentyabrın 27-nə təyin edilən qurultaya 5 gün qalıb. Deməli, debat
üçün cəmi 5 gün vaxt var.
Asif Nərimanlı
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO