“Geopolitika”: “Qarabağda yeni “sülh” rus layihəsidir”
Bizi izləyin

Nida.az

“Geopolitika”: “Qarabağda yeni “sülh” rus layihəsidir”

Avqustun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində gərginlik, itkilərin olması, ardınca Soçidə Rusiya prezidenti Putinin liderləri görüşdürməsi və sakitliyin bərpası suallar yaratdı. Əsas sual budur, yeni “sülh” Rusiyanın layihəsidir?


Publika.az xəbər verir ki, Litvanın “Geopolitika” nəşri Qarabağ münaqişəsi və regiondakı vəziyyəti şərh edib.


Nəşr yazır ki, Moskva regionda sabitliyə çalışır. Amma Rusiya doğrudanmı sülh yaradandırmı? Bu sual cavabsızdır.


Azərbaycan ictimaiyyəti əmindir ki, Dağlıq Qarabağda döyüş hərəkətlərinin intensivləşməsi, ümumilikdə isə bu münaqişənin baş verməsi Rusiya tərəfindən reallaşdırılıb.


Azərbaycanın sabiq prezidenti Heydər Əliyev kimi siyasətçinin müşaviri işləmiş Vəfa Quluzadə cəbhədəki gərginlik Rusiyanın Ukraynada düşdüyü vəziyyətlə birbaşa bağlı idi. Onun sözlərinə görə, Rusiya Ermənistandan istifadə edərək cəbhədəki vəziyyəti qarışdırdı və beləliklə, regionda söz sahibi olduğunu nümayiş etdirdi.


“Şərq-Qərb” mərkəzinin rəhbəri, siyasi analitik Ərəstun Oruclu isə hesab edir ki, bu cür provakasiyalara Rusiya Azərbaycanı Gömrük Şurasına cəlb etməyə çalışır. Onun fikrincə, cəbhədəki gərginlik və ardınca Soçi görüşü eyni zəncirin halqasıdır.


Erməni politoloq R. Qiraqosyan da hesab edir ki, bütün bunların arxasında Rusiya dayanır.

Nəşr yazır ki, Moskvanın əsas istəyi öz qoşunlarını Qarabağa yerləşdirməkdir. Bunun adı sülhməramlı olacaq, amma bununla Rusiya bölgəyə tamamilə nəzarət edəcək. Hətta Ermənistanın ondan nə qədər asılı olmasına baxmayaraq, bəzən Kremldə Yerevanın addımlarına görə əsəbiləşirlər.

Lakin Krımdan fərqli olaraq, Qarabağ münaqişəsində tərəflərin heç biri rus qoşununun bölgəyə girişini istəmir. Bütün bunlarsa, Rusiyanın heç də “sülh göyərçini” olmadığını göstərir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm