Qırmızı.az
Polis rəisi məmurun villa arzusunu ürəyində qoydu
Şabran rayonu, Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradova villa tikdirmək baha başa gəlib.
Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, bələdiyyə sədri qanunsuz tikinti həyata keçirdiyi üçün 1200 manat məbləğində cərimələnib. Belə ki, polisə kənddə qanunsuz tikinti işləri aparılması barədə məlumat daxil olub. Ərazi üzrə sahə müvəkkili villanın inşa olunduğu yerə gedib, sahibinin kimliyini öyrənib və məlum olub ki, villanı tikdirən Uzunboyad kəndinin bələdiyyə sədridir.
Məlumatda deyilir ki, polis tikintini dayandırmaqla bağlı bələdiyyə sədrinə xəbərdarlıq etsə də, R.Muradov buna məhəl qoymayıb. Bununla belə, sahə müvəkkili bir neçə dəfə əraziyə gələrək tikintinin qanunsuz aparıldığını R.Muradovun nəzərinə çatdırıb.
Problemin həll olunmadığını gördükdən sonra Şabran Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Əli Mərdanov R.Muradovu yanına çağırıb. Polis rəisi qanunsuz tikinti işi apardığını onun diqqətinə çatdırıb. Yenə də bələdiyyə sədrinin xəbərdarlığa əməl etməməsi ona 1200 manat cərimə kəsilməsi ilə nəticələnib.
Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov Axar.az-a açıqlamasında faktı təsdiqlədi. Bildirdi ki, qanunsuz tikili həyata keçirmək istəyən bələdiyyə sədrinə protokol tərtib edilib:
“Protokol yazılıb. Tədbir görülməsi üçün icra hakimiyyətinə göndərmişik. Özü deyib ki, torpaq mənimdir, tikintini də mən aparıram. Ancaq tikinti aparılan yerin heç bir sənədi yoxdur”.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR