Rusiya Krıma quru dəhlizi açmaq üçün hücuma keçdi
Bizi izləyin

Dünya

Rusiya Krıma quru dəhlizi açmaq üçün hücuma keçdi

Ukrayna ordusunun artilleriyası Mariupol ətrafında Rusiya qoşunlarının cənuba irəliləyişini saxlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində bildirb.

Həmçinin qeyd edilir ki, bu istiqamətdə hərəkət edən Rusiya hərbi qulluqçuları yerli “qoşun”un geyimindən istifadə edir. D.Tımçuk Rusiya hərbçiləri və separatçıların gün ərzində bir neçə dəfə antiterror güclərinin mövqelərini atəşə tutduğunu yazıb.

Ukrayna hakimiyyəti isə Donetsk vilayətinin Mariupol şəhərinin möhkəmləndirilməsi üzərində işləyəcək. Dünən bu barədə Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov bildirib.

“Biz Mariupola güclü hərbi yardım haqqında Nazirlər Kabineti ilə danışacağıq. Hər sonrakı saat müdafiə qabiliyyətimizin gücləndirilməsi üçün istifadə ediləcək”, - deyə A.Turçinov söyləyib.

Avqustun sonlarında separatçılar Rusiya hərbçiləri və hərbi texnikanın birbaşa iştirakı Donetsk vilayətinin Novoazovsk şəhərinə daxil olub və Mariupol istiqamətinə hücuma başlayıb. Sentyabrın 4-də Mariupolun yaxınlığında şiddətli toqquşmalar başlayıb. Şəhərdə hazırda Donetsk vilayətinin administrasiyası yerləşir və Ukrayna ordusunun nəzarəti altındadır. Şəhər Azov dənizi sahilindəki və Krıma gedən quru yolda strateji məntəqə hesab olunur.

Xatırladaq ki, Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) 19 sentyabrda Belarusun paytaxtı Minskdə keçirilən iclasında 9 bəndlik memorandum imzalanıb.

Razılaşmaya görə, qarşı tərəflər təmas xəttində 19 sentyabrdakı mövqelərində qalır, bütün silah növlərinin tətbiqi və hücum hərəkətləri dayandırılır, 100 millimetrdən yuxarı kalibrli silahlar təmas xəttindən ən azı 15 kilometr aparılır, ağır silahlar və ağır texnikanın yaşayış məntəqələrində yerləşdirilməsi məhdudlaşdırılır, bütün xarici muzdlular münaqişə zonasından çıxarılır.

Lakin keçən müddət ərzində hər iki tərəf atəşkəs razılaşmasını pozmaqda bir-birini ittiham edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm