Qırmızı.az
Çeçenlər Rövşən Lənkəranskini öldürmək istəyiblər - Odessada
12 sentyabr tarixində Odessada qanuni oğru Kaxaber Parpaliyaya sui-qəsd olduğu haqda xəbər vermişdik.
Həmin vaxt killerlər “Arkadi-Palas” otelindən çıxan “vor zakon”un avtomobilini atəşə tutmuşdular. “Kaxa” özü aradan çıxsa da, yanındakı xanım güllə yarasından ölmüş, cangüdəni ağır yaralanmışdı.
İndi isə hadisənin təfərrüatları və sui-qəsdin sifarişçisi bəlli olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kaxaber azərbaycanlı qanuni oğru Rövşən Lənkaranskinin yaxın dostudur. Onlar eyni klana daxildirlər. Hər ikisi İtaliya tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Rusiya kriminalitetinin keçmiş “xaç ata”sı Aslan Usoyanın (Ded Xasan) qətlində hər ikisi şübhəli bilinir.
Belə bir vəziyyətdə dostlar özlərini yalnız Odessada rahat hiss edə biliblər. Rövşən və Kaxaya Georgiy Uqlava adlı qanuni oğru da qoşulub.
Kaxanın şəhərdə olmasından çeçen diasporu da xəbər tutub. Sən demə, 3 il qabaq Moskvada Adlan adlı çeçen avtoritet öldürülüb. Onun ölümündə Kaxa, Rövşən və Georginin əlinin olması isə heç kəsə sirr deyil.
Bu səbəbdən mərhum Adlanın çeçen qohumları Kaxanın Odessada olduğunu eşidən kimi hərəkətə keçiblər.
Şeçen killerlər 12 sentyabrda otelin qarşısında pusqu qurublar. Rövşən Lənkaranski isə Georgi ilə birgə həmin vaxt artıq şəhəri tərk edibmiş. Azərbaycanlı qanuni oğruya təhlükə baradə əvvəlcədən xəbər verilibmiş. Onda çeçenlər Kaxanı öldürməklə kifayətlənmək istəyiblər. Göründüyü kimi buna da müyəssər olmayıblar.
Hər halda, məsələ bununla bitməyəcək. Çeçenlər qan davasını sonadək çatdırracaqlarına söz veriblər.
İlqar Atabəyli
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular