ABŞ Türkini bombaladı - İŞİD-lə mübarizə
Bizi izləyin

Dünya

ABŞ Türkini bombaladı - İŞİD-lə mübarizə

ABŞ silahlı qüvvələrinə məxsus olan qırıcı təyyarələr terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) üzvlərinə qarşı hərbi əməliyyat keçirərkən, 10-dan çox dinc sakini və İraq ordusu hərbçilərini bombalayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya ərazisində keçirilən hərbi əməliyyatlar zamanı mülki əhalinin yaşadığı ərazilərdə xeyli sayda dağıntılar da olub.

Türkiyə hökumətinə yaxın bir neçə media qurumları isə iddia edir ki, ABŞ hərbçiləri bunu bilərəkdən ediblər:

“Terror dövləti olan ABŞ İŞİD bəhanəsi ilə bir çox dinc sakini və əsl mücahidləri bombaladı. Bunların arasında əslən türk olan Yusif Əl Türki adlı şəxs də şəhid oldu.

ABŞ İŞİD-i bitirmək bəhanəsi ilə əsl mücahidləri hədəfə alıb. Bəşər Əsəd, Rusiya, İran, və Çinin də ABŞ-a etiraz və təkid etməsinin əsl səbəbləri məhz budur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm