Bilgi.az
Lənətlənmiş binalar – TÜKÜRPƏDİCİ FAKTLAR
Nədənsə, insanların gördükləri ruhların əksəriyyəti qadın
cinsinə aid olur. Bəlkə də, bu onunla bağlıdır ki, qadınlar
kişilərə nisbətən daha emosionaldırlar. Uşaqlara, sevdikləri
insanlara görə ölümün gözünə dik baxa bilir, özlərini qurban verə
bilirlər. Bu emosiyalar elə güclü enerjiyə malik olur ki, hətta
dünyalarını dəyişəndən sonra da onlar bu dünyada dolaşmağa davam
edir.
Kitabxanada hadisə
Ötən əsrin 60-cı illərində Rusiyanın Kirov şəhərində belə bir
hadisə olmuşdu. Şəhərin mərkəzi kitabxanasında işləyən xanımlardan
biri axşam çağı növbətçi imiş. Qadın darıxdığından hərbçi olan
ərinə zəng edir. Əri də həmin vaxt hərbi hissədə növbədə olduğundan
ər-arvad ordan-burdan söhbət edirlər. Birdən qadın deyir ki,
qulağına qapı cırıltısının səsi gəlir. Sonra qadından səs-səmir
gəlmir. Hərbçi öz dostları ilə həyəcanlı halda arvadının iş yerinə
gəlir. Onu kitabxananın otaqlarının birində huşsuz vəziyyətdə
tapır.
Hərbiçilər qadını qorxudan şəxsi axtarırlar. Lakin heç kimi
tapmırlar. Qadın ayılanda ərinə ruh gördüyünü anladır.
Kitabxanaçı qadınla əri məsələni araşdırmağa başlayırlar. Məlum
olur ki, illər əvvəl məhz burada faciə baş verib. Kitabxanada
işləyən qadınlardan biri evli kişi ilə sevgi yaşayırmış. Kişi
qadına öz arvadını boşayıb onunla evlənəcəyinə söz verib. Lakin
vədinə əməl etməyib. Sonradan isə birdəfəlik arvadının yanına
qayıdıb. Ayrılığa dözməyən kitabxanaçı intihar edib. Elə iş
yerində. O vaxtdan onun ruhu Kirov Şəhər Mərkəzi Kitabxanasının
dəhlizlərində dolaşır.
Qanlı kotlet
Saratovda isə Moskva və Svoboda küçələrinin kəsişməsində
yerləşən qədim binanın yanından isə insanlar hələ də ayaq
saxlamadan keçməyə üstünlük verirlər. Üçmərtəbəli, dəbdəbəli,
əzəmətli arxitekturaya malik bina XX əsrin əvvəlində milyonçu
Yaximoviçin sifarişi ilə tikilib. İnqilabdan sonra Yaximoviç
ağqvardiyaçılara qoşuldu. Onun sonrakı taleyi haqda məlumat
yoxdur.
Böyük Vətən Müharibəsi başlayanda həmin binada Avqusta Abaturova və
Pelageya Klyukina adlı iki qadın yaşayırdı. 1942-ci ildə həmin
qadınlar Saratov bazarında şıdırğı alver edirdilər. Şəhərdə aclıq
və səfalət hökm sürürdü. Ərzaq çatışmırdı. Olan-qalanlar ön cəbhəyə
göndərilirdi. Arxa cəbhədəkilər isə aylıq talonlarla verilən
azuqələrə möhtac idilər. Belə bir zamanda Avqusta və Pelageya
bazarda ətli peraşki satırdılar. Bişirdiklərini piştaxtaya qoymaqla
satılmağı bir olurdu. Arada satmağa dadlı kotletlər də
gətirirdilər. Müştərilər bu iki qadının piştaxtası qarşısında uzun
növbələr yaradırdılar. Eyni vaxtda şəhərdə kiçikyaşlı uşaqlar itkin
düşməyə başladı. Milis əlindən gələni edirdi. Ancaq uşaq oğrularını
tapmaq mümkün olmurdu.
Bir gün Avqustanın evinin yanından keçən qonşular dəhşətli qışqırıq
eşitdilər: "Xalacan, öldürmə, öldürmə məni. Bıçaqdan
qorxuram..."
Qonşular milis çağırdı. Onlar binanın zirzəmisinə girdikdə dəhşətli
mənzərə ilə qarşılaşdılar. Avqustanın əlində qanlı bıçaq vardı,
yerə isə boğazı kəsilmiş kiçikyaşlı oğlan uşağının meyiti
sərilmişdi. Bir qədər aralıda Pelageya başqa bir uşağı doğrayıb
ətini tikə-tikə doğrayır, kotlet hazırlayırdı.
Həm milis, həm də qonşular donub qalmışdılar. Bu məqamdan istifadə
edən qatil qadınlar aradan çıxdılar. Lakin az keçmiş həbs
olundular. Məhkəmə onları mühakimə etməyə macal tapmadı. Qatil
qadınları məhbus yoldaşları elə müvəqqəti saxlama kamerasındaca
boğdular. Faciənin baş verdiyi binada isə indiyədək heç kim
yaşamağa ürək etmir. Ağlayan uşaq səsləri bura köçən sakinləri az
qala dəli edir. Dəhşətli səslərdən vahiməyə düşənlər qısa müddət
ərzində binanı tərk edirlər.
Monastır
Oxşar binadan Tulada da var. Bu qədim binada Oktyabr inqilabınadək
qadın monastırı yerləşib. Deyilənə görə, nikahdankənar hamilə qalan
cavan qadınları bu monastıra göndərirmişlər. Monastırda isə
rahibələr belə "günahkarların" başını qırxır, onlara dəhşətli
əziyyətlər verərək, kustar üsulla hamiləliyi pozurmuşlar. Belə
abortdan sonra əksər qızlar elə masadaca dünyasını dəyişirdi.
Binadan indiyədək qadın çığırtıları, körpə uşaqların ağlaşması
səsləri gəlir. Şəhər sakinləri deyir ki, bu yer lənətlənib. Binanın
yanından keçən yolda avtomobil qəzaları digər yerlərə nisbətən daha
çox olur. Odur ki, tulalılar binanın həndəvərindən belə keçməyə
qorxurlar.
İlqar Atabəyli
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq