Obamadan etiraf: “İŞİD-i ciddiyə almadıq”
Bizi izləyin

Dünya

Obamadan etiraf: “İŞİD-i ciddiyə almadıq”

ABŞ prezidenti Barak Obama Amerika kəşfiyyat orqanlarının İŞİD-in Suriyada yaratdığı təhdidini vaxtilə ciddiyə bəyan edib.

Publika.az CBS” televiziyasına istinadən xəbər verir ki, “60 Minutes (60 Dəqiqə)” proqramında qonaq olan ABŞ prezidenti Barak Obama ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Ceyms Klaperin ABŞ-ın Suriyada olanları ciddiyə almadı yönündəki fikirlərini qəbul etdiyini deyib:

“Təzadlı bir yerdə və təzadlı bir şəraitəki hadisənin fərqindəyəm. Qorxunc qətliamlara imza atan Əsədin hakimiyyəti altında Suriyada sabitliyi təmin edə bilmərik. Suriyanın bütöv qala bilməsi üçün Əsədin ölkəni idarə etməsi mümkün deyil. Bir tərəfdən də ABŞ-a qarşı İŞİD və Xorasan kimi terror təşkilatları ABŞ-a təhlükələr yaradır”.

İŞİD Əsəddən daha ciddi təhdiddir

Aparıcının “yəni indiki vəziyyətdə İŞİD-in Əsəddən daha təhlükəli olduğunu düşünürsünüzmü?” sualına Obama “dediyim budur ki, bunların hamısı bir-biri ilə əlaqəlidir, ancaq məşğul olunması gərəkən daha ciddi bir təhdid var” deyə cavab verib.

İŞİD sadəcə terrorçu qruplaşma olmadığını deyən ABŞ prezidenti bunları qeyd edib:

“İŞİD sadəcə terrorçu qruplaşma deyil. Torpaq iddiaları və professional ordulara məxsus olan strategiya və taktikaları olan bir birlikdir. ABŞ İraqdan çıxıb. Biz İraqa məhv olmamış bir demokratiya və öz yolları ilə gedə bilmələri üçün tam təchizatlı bir ordu buraxdıq. Ancaq bu fürsət İraqın keçmiş baş naziri Nuri Əl-Maliki tərəfindən xərclənib”.

Hazırki baş nazir Heydər Əl-İbadinin isə ümidverici diplomat olduğunu bildirən Obama İraqa canlı qüvvə yardımı edə bilməyəcəklərini deyib.

Bölgədə siyasi loyallıq və tolerantlığın tezliklə bərpa edilə bilməyəcəyini deyən Obama bunun vaxt aparacağını vurğulayıb.

İslam barışı dəstəkləyən dindir

İslamla döyüşmədiklərini xatırladan Obama “İslamın sülhü dəstəkləyən bir din olduğunu və müsəlmanları da sülhpərvər kimi xarakterizə edib.

“Ancaq müsəlman dünyasında başqa bir tanrıya ibadət edən və günahsız insanların öldürülməsini qəhrəmanlıq kimi qəbul edə bilən bir toplum yetişib”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm